Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İran və ABŞ arasında atəşkəsə alternativ hərbi münaqişənin yenidən başlaması olardı.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə"yə deyib.
"Atəşkəsə alternativ olaraq müharibənin yenidən başlaması nəzərdə tutulur. Heç kim belə bir ssenarinin təkrarlanmasını istəmir, çünki bu müharibə qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə zərər verir", - deyə Fidan bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında danışıqlarda prioritet atəşkəsin qorunmasıdır:
"Danışıqlar müxtəlif dərəcədə uğurla davam edir, lakin proses davam edəcək".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.