AZ

Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub VİDEO

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sabirabad, 12 may, AZƏRTAC

Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanların kimliyi məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı İbrahim Qurbanov ölüb, xəsarət alan 7 nəfər - 1996-cı il təvəllüdlü Camal Camalzadə, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1960-cı il təvəllüdlü Zərbuta Abbasova, 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
azertag.az

3Mənbələr