“Fənərbağça” dünya ulduzu Məhəmməd Salahı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu misirli hücumçuya illik 20 milyon avro maaşla 3 illik müqavilə təklif edib. Ümumi dəyəri 60 milyon avro olan bu təklif Türkiyə futbolu üçün rekord sayılır.
Hazırda “Liverpul”da çıxış edən 33 yaşlı forvardın müqaviləsi 2025-ci ilin yayında başa çatır. Salahın “Fənərbağça”nın təklifinə necə cavab verəcəyi maraq doğurur.