AZ

Yeni dünya reallığı və qlobal güc – Mərkəzlərinin böhranı: Azərbaycanın formalaşdırdığı siyasi model – Partiya sədrindən qlobal təhlil

Beynəlxalq münasibətlər sistemində son illərdə müşahidə olunan gərginliklər qlobal təhlükəsizlik arxitekturasını ciddi sınaq qarşısında qoyub. Çağdaş beynəlxalq münasibətlər sistemi dərin legitimlik böhranı yaşayır. Uzun illər “qlobal təhlükəsizlik”, “beynəlxalq hüquq” və “vasitəçilik missiyası” adı altında fəaliyyət göstərən siyasi institutlar artıq dünyanın böyük hissəsində etimadını itirməkdədir. Dövlətlər və xalqlar görürlər ki, beynəlxalq hüquq əksər hallarda universal norma kimi deyil, böyük güclərin maraqlarına uyğun işləyən selektiv mexanizm kimi tətbiq olunur. Onun sözlərinə görə, beynəlxalq hüquq heç də hər zaman və hər yerdə işləmir, böyük güclərin maraqları və ikili standartlar bu sahədə ciddi problemlər yaradır. Bu reallıq göstərir ki, beynəlxalq hüququn universal tətbiqi yalnız deklarativ ifadə olmaqla kifayətlənmir — onun real icrası üçün daha güclü və qərəzsiz mexanizmlər tələb olunur.

Beynəlxalq hüququ görməzdən gələn BMT, ATƏT və…

Beynəlxalq hüququn təməl prinsiplərindən geri çəkilmələr, beynəlxalq hüquqi müstəvidə ədalətsizliyin bərqərar olmasına gətirib çıxarır ki, bu da yolverilməzdir. Beynəlxalq münaqişələrin dondurulması kimi bədnam təcrübə də bu cür ədalətsizliklə nəticələnir. Milli, irqi, dini və s. zəmində baş verən münaqişələr zamanı problemin dondurulması başadüşüləndir. Çünki insan münasibətlərinin normallaşdırılmasının zamana ehtiyacı var. Amma belə münaqişələr işğal faktı ilə müşahidə olunanda beynəlxalq təşkilatın, konkret halda BMT-nin gözləmə mövqeyi tutması onun problemi həll etmək istəməməsi fikrindən xəbər verir. Dövlətin ərazisi onun BMT-yə üzv qəbul edilərkən təşkilatın bütün üzvləri tərəfindən hamılıqla tanınan əsas atributlarındandır. BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün işğal nəticəsində pozulmasına seyrçi qalmaq, işğal faktını aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməməsi, ilk növbədə, beynəlxalq hüququ “eybəcərləşdirərək gərəksizləşdirir”, BMT-yə isə başucalığı gətirməməklə onun fəaliyyətində qanundan kənar subyektiv amillərin rəhbər tutulduğunu göstərir. Məhz bu səbəbdən son illərdə beynəlxalq münasibətlərdə yeni tendensiya yaranıb: dövlətlər təhlükəsizliklərini artıq beynəlxalq təşkilatların vədlərinə deyil, öz siyasi iradələrinə bağlayırlar.
Cənubi Qafqazda baş verən proseslər bu böhranın ən açıq nümunələrindən biridir. Qarabağ münaqişəsi ətrafında otuz ilə yaxın davam edən diplomatik proses göstərdi ki, bəzi beynəlxalq institutların əsas məqsədi münaqişəni həll etmək deyil, onu idarə olunan vəziyyətdə saxlamaq olub. ATƏT-in Minsk qrupu bunun klassik nümunəsi kimi tarixə düşdü. ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi bu qurum hüquqi ədalətin təminatçısı olmaq əvəzinə, geosiyasi balansın qoruyucusuna çevrilmişdi. Ən böyük paradoks isə ondan ibarət idi ki, həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin müəllifləri və daimi üzvləri olduqları halda, bu qətnamələrin icrasını təmin etmirdilər. Bu vəziyyət beynəlxalq münasibətlər nəzəriyyəsində “selektiv legitimlik” anlayışının ən açıq nümunəsi idi. Qərarlar yalnız böyük dövlətlərin maraqlarına uyğun gələndə işləyirdi; uyğun gəlməyəndə isə hüquq siyasi ritorikaya çevrilirdi. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa müəyyən bir müddət ərzində qurumun fəaliyyətini faktiki olaraq mənimsəyərək digər üzv ölkələrin onun işinə təsir imkanını məhdudlaşdırdılar ki, bu da qrupun neytrallığını və effektiv vasitəçilik potensialını ciddi şəkildə zəiflətdi. Həmsədrlərin uzun müddət davam edən dominant rolu işğal olunmuş ərazilərin qaytarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində konkret və sürətli addımların atılmasını əngəllədi. Eyni zamanda digər üzv ölkələrin, məsələn Almaniya, Türkiyə və İtaliyanın səs hüququ və təsir imkanları praktik olaraq məhdudlaşdı ki, bu da Azərbaycanın beynəlxalq dəstək potensialını zəiflətdi. Bu yanaşma Azərbaycan üçün diplomatik çətinliklər yaratdı, çünki qrupun qərarvermə prosesində balansın pozulması tərəflər arasında bərabər imkanların təmin olunmasına mane oldu və Ermənistanın işğalçı siyasətinə qarşı beynəlxalq reaksiya zəiflədi. Yaranan vəziyyət isə Minsk qrupunun səmərəliliyini əhəmiyyətli dərəcədə azaldaraq, Azərbaycanın hüquqlarının tam şəkildə qorunmamasına və uzun illər ərzində işğal altında qalan torpaqların qaytarılmasında ciddi gecikmələrə səbəb oldu.

Azərbaycan Qafqazda təxminən iki əsr davam etmiş geosiyasi status-kvonu dağıtdı

Otuz il ərzində Azərbaycan torpaqları işğal altında qaldı, şəhərlər dağıdıldı, kəndlər viran edildi, mədəni irs məhv olundu, qanunsuz məskunlaşma aparıldı, təbii sərvətlər talan edildi. Buna baxmayaraq, beynəlxalq vasitəçilər “neytral mövqe” adı altında faktiki səssizlik nümayiş etdirirdilər. Münaqişənin hərbi həllinin olmadığı barədə səsləndirilən tezislər isə əslində status-kvonun qorunmasına hesablanmış siyasi yanaşma idi. Azərbaycana açıq və ya dolayı şəkildə ərazilərinin bir hissəsinin itirilməsi ilə barışmaq tövsiyə edilirdi. Hətta müəyyən dövrlərdə “Dağlıq Qarabağ” anlayışından kənara çıxaraq “Şimali Qarabağ” kimi siyasi manipulyativ terminlərin istifadəsi göstərirdi ki, artıq bəzi dairələr yeni siyasi coğrafiya formalaşdırmağa çalışırlar.

Prezident İlham Əliyev bu yanaşmaları dəfələrlə açıq şəkildə tənqid edərək beynəlxalq diplomatiyada mövcud olan ikili standartları ifşa etdi. Onun çıxışlarında ən diqqətçəkən məqamlardan biri beynəlxalq hüququn yalnız zəif dövlətlər üçün işləməsi ilə bağlı idi. Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi-siyasi qələbə isə təkcə ərazi bütövlüyünün bərpası deyildi. Bu qələbə beynəlxalq münasibətlər sisteminə ciddi mesaj idi: əgər beynəlxalq təşkilatlar öz qərarlarını icra etmirlərsə, dövlətlər bunu özləri etməyə məcbur qalırlar. Azərbaycan faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. 44 günlük müharibənin əhəmiyyəti hələ tam dərk olunmayıb. Çünki burada söhbət yalnız hərbi qələbədən getmir. 2020-ci il Qələbəsi Qafqazda təxminən iki əsr davam etmiş geosiyasi status-kvonu dağıtdı. XIX əsrdən etibarən region böyük güclərin təsir zonasına çevrilmiş, xalqların taleyi onların maraqları əsasında müəyyən edilmişdi. Azərbaycan isə ilk dəfə bu siyasi dairəni qıraraq regional gündəliyin bölgə dövlətləri tərəfindən müəyyən edilə biləcəyini göstərdi. Beləliklə, Azərbaycanın təkbaşına həm BMT TŞ-nin qərarlarını icra etməsi, həm də ATƏT kimi qurumun 27 illik fəaliyyəti dövründə əldə edəcəyi həll yoluna 44 gün ərzində nail olması o demək idi ki, səmərəsiz fəaliyyət göstərən qrup artıq ləğv edilməliydi.

Ermənistanın Fransadan himayə umacağı

Seçilən
41
1
aznews.az

2Mənbələr