AZ

Madriddə Arda Güler şoku: Peres qərarını açıqladı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya nəhəngi "Real Madrid" növbəti mövsüm üçün heyət planlamasını müəyyənləşdirib və gənc ulduz Arda Gülərin gələcəyi ilə bağlı son qərarını verib.

Fanat.Az xəbər verir ki, "Defensa Central" nəşrinin yaydığı məlumata görə, klub prezidenti Florentino Peres türk futbolçunu komandanın "toxunulmaz" oyunçularından biri kimi görür.

Yeni mövsüm planlarında mühüm yer tutan Arda ilə yanaşı, Tibo Kurtua, Trent Aleksander-Arnold, Cud Bellinqem və Kilian Mbappe kimi ulduzlar da klubun vazkeçilməz simaları hesab olunur.

Rəhbərliyin gənc istedada olan bu böyük etimadı onun yayda komandadan ayrılacağı ilə bağlı yayılan bütün şayiələrə son qoymuş olub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
fanat.az

2Mənbələr