AZ

Tramp: İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik”

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, Tehran ya Vaşinqtonla razılaşma əldə edəcək, ya da ABŞ “başladığı işi tamamlayacaq”.

AZƏRTAC xəbər verir ki, Tramp bu fikirləri Çinə dövlət səfərinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“Onlar ya düzgün addım atacaqlar, ya da biz işi bitirəcəyik. Ya razılaşma olacaq, ya da onlar məhv ediləcəklər. Hər iki halda biz qalib gəlirik”, – deyə o bildirib.

Tramp, həmçinin İran ətrafındakı vəziyyətlə bağlı atəşkəs ehtimalına dair suala qəti cavab verməyib və qərarın sonradan nəzərdən keçirilə biləcəyini deyib.

O, İranın nüvə proqramı ilə bağlı mövqeyini təkrarlayaraq bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq: “Onların nüvə silahı olmayacaq. Bunu bilirlər və razılaşıblar. Amma sonra bunu açıq şəkildə təsdiqləməkdən imtina etdilər. Biz oyun oynamırıq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
4
azertag.az

5Mənbələr