AZ

Tədqiqat: Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 may, AZƏRTAC

Alimlər ağcaqanadların müəyyən insanları digərlərinə nisbətən daha çox dişləməsinin səbəblərini izah edən yeni araşdırmalar aparıblar. Məlum olub ki, bu seçim təsadüfi deyil və bir neçə bioloji siqnalla bağlıdır.

AZƏRTAC xəbər verir ki, ağcaqanadlar insanları əsasən bədəndən ayrılan kimyəvi və fiziki siqnallar əsasında seçirlər. Bunlara nəfəs zamanı ifraz olunan karbon qazı, bədən qoxusu, istilik və rütubət daxildir.

Dişi ağcaqanadlar – yalnız onlar insanları dişləyir – bu siqnalları xüsusi həssas reseptorlar vasitəsilə aşkar edirlər və potensial “hədəfi” müəyyən edirlər.

İsveçli alim Rikard İqnellin sözlərinə görə, karbon qazı ağcaqanadları uzaq məsafədən cəlb edən əsas siqnaldır: “Biz 100 ildən çoxdur bilirik ki, ağcaqanadlar karbon qazına reaksiya verir. Bu, onlarla metr məsafədən onların davranışını aktivləşdirən ilk siqnaldır”.

Təxminən 10 metr məsafədə isə ağcaqanadlar insanın bədən qoxusunu daha dəqiq hiss etməyə başlayır. Daha yaxın məsafədə isə bədən istiliyi və dəridən yayılan rütubət onların qərarına təsir edir.

Alimlər bildirirlər ki, bəzi geniş yayılmış inanclar elmi əsaslara söykənmir. Məsələn, ağcaqanadların müəyyən qan qruplarına üstünlük verməsi və ya insanın göz, saç və dəri rənginin təsiri barədə ciddi sübut yoxdur. Əvəzində fərdi bədən qoxusu əsas rol oynayır.

Araşdırmalara görə, spirtli içkilərin, xüsusilə pivənin qəbulu da ağcaqanadların cəlb olunmasını artıra bilər. Bu, bədən istiliyinin yüksəlməsi, karbon qazı ifrazının artması və dəri qoxusunun dəyişməsi ilə izah olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
1
azertag.az

2Mənbələr