AZ

ABŞ: Atəş altında Hörmüzün minalardan təmizlənməsi mümkün deyil

BAKI, 13 may. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsinin yalnız təhlükəsiz şəraitdə mümkün olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri qərargah rəisi admiral Deril Kodl Konqresin Nümayəndələr Palatasının büdcə komitəsində dinləmələr zamanı deyib.

“Bu prosesi atəş altında həyata keçirmək mümkün deyil”, - admiral bildirib.

Kodl qeyd edib ki, ABŞ regionda kifayət qədər minatəmizləmə vasitələrinə malikdir. Bununla yanaşı, o, prosesin olduqca mürəkkəb və uzun vaxt tələb etdiyini vurğulayıb.

Seçilən
148
teleqraf.com

1Mənbələr