AZ

“Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur”

Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində yerləşən 7-ci binanın zirzəmisinin qarşısındakı acınacaqlı vəziyyət sakinlərin narazılığına səbəb olub.

Publika.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, binanın zirzəmisi uzun illərdir kanalizasiya və çirkab suları ilə dolu vəziyyətdədir.

Əraziyə yayılan kəskin üfunətli qoxu sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.

“Divarlar nəmdir. Nəmlik ikinci mərtəbəyə qədər qalxır. Qoxudan dayanmaq olmur. Bundan əlavə, həşəratlar da əmələ gəlir”, – sakinlərdən biri bildirib.

“Dəfələrlə “Azərsu”ya, icra hakimiyyətinə, bələdiyyəyə müraciət etmişik. Amma hamı məsuliyyəti bir-birinin üzərinə atır. İndiyədək məsələyə baxan olmayıb”, – başqa bir sakin qeyd edib.

Seçilən
26
2
publika.az

3Mənbələr