AZ

Melaniya Tramp ABŞ prezidentini Çin səfərində müşayiət etməyəcək

ABŞ-ın birinci xanımı Melaniya Tramp Donald Trampın bu həftə Çinə edəcəyi səfərdə onu müşayiət etməyəcək.

Bu barədə “NewsNation” nəşrinin jurnalisti Libbi Din “X” sosial şəbəkəsində yazıb.

Məlumata görə, ABŞ prezidentini səfərdə oğlu Erik Tramp və onun həyat yoldaşı Lara, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir və Ağ Evin bir sıra rəsmiləri müşayiət edəcəklər.

Seçilən
118
1
apa.az

2Mənbələr