AZ

Gəlinin mehir tələbi bəyi çətin vəziyyətə saldı Molla işə qarışdı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kəbin kəsdirən gəlinin mehir istəyi həm öz yaxınlarını, həm də bəy tərəfini heyrətə gətirib. Qeyri-adi tələb eşidənləri həm təəccübləndirib, həm də güldürüb.Demokrat.az xəbər verir ki, dini nikah zamanı gəlin mehir olaraq "İtaliyada yaylıq villa" istədiyini deyib. Gəlinin bu çıxışı şahidlərin və ailə üzvlərinin gülüşünə səbəb olsa da, din xadimi məsələyə müdaxilə etmək məcburiyyətində qalıb.Mollanın "ailələr öz iqtisadi vəziyyətlərinə uyğun mehir istəməlidirlər" xəbərdarlığına baxmayaraq, bəy bu bahalı tələbi qəbul edib.Qeyd edək ki, İslam hüququnda mehir evlilik zamanı kişinin qadına verdiyi və ya verməyi öhdəsinə götürdüyü mülk, qızıl və ya puldur. Bu adət qadının gələcək maddi təminatı üçün haqq kimi tanınır. Lakin son zamanlar bu cür böyük və qeyri-adi tələblər sosial şəbəkələrdə də müzakirələrə səbəb olur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
demokrat.az

1Mənbələr