AZ

Sakit okeanda, Tonqa sahillərində güclü zəlzələ baş verib

Bakı, 13 may, AZƏRTAC

Sakit okeanda, Tonqa ada dövlətinin cənubunda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Tonqanın paytaxtı Nukualofa şəhərindən 282 kilometr cənub-qərbdə olub.

Episentrdəki təkanların intensivliyinə əsasən zəlzələ "güclü" kimi qiymətləndirilir.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Seçilən
74
1
azertag.az

2Mənbələr