AZ

Trilyon dollarlıq kosmik qalxan ABŞ 7800 peyklə raket hücumundan qorunacaq

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ “Qızıl Günbəz” raketdən müdafiə sistemini genişləndirir: 20 illik xərc 1,2 trilyon dollara çata bilər 

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan milli raket hücumundan müdafiə sisteminin (“Golden Dome” və ya “Qızıl Günbəz”) yaradılması, yerləşdirilməsi və 20 illik istismarı təxminən 1,2 trilyon dollar tələb edə bilər.

"AzPolitika"nın məlumatına görə, Bu rəqəm Birləşmiş Ştatlar Konqresinin Büdcə İdarəsinin yeni hesabatında yer alıb. Hesablamalara görə, xərclərin böyük əksəriyyəti — təqribən 1,03 trilyon dollar silahların və sistemlərin alınmasına sərf olunacaq. Onların da ən bahalı hissəsi orbital ələkeçirmə vasitələri olacaq.

Layihə çərçivəsində 7800 peykdən ibarət böyük kosmik qruplaşma formalaşdırılacaq. Fort-Qrilidə (Alyaska) mövcud antiraket bazası qorunub saxlanacaq, erkən xəbərdarlıq radarları yenilənəcək və 120 ələkeçirici raketlə təchiz olunmuş iki əlavə obyekt tikiləcək.

Bundan əlavə, ABŞ-nin kontinental ərazisində hər biri 48 ədəd “SM-3 Block IIA” raketinə malik dörd “Aegis Ashore” yerüstü kompleksi yerləşdiriləcək.

Sistemin digər mühüm komponentləri arasında “SM-3 Block IIA”, “SM-6 Block IB”, “Patriot PAC-3 MSE”, “THAAD” zenit-raket kompleksləri və hipersəs raketlərini ələ keçirmək üçün perspektivli “Glide Phase Interceptor” (GPI) vasitələri ilə təchiz edilmiş 35 eşelonlu müdafiə strukturu nəzərdə tutulur. 

Prezident Tramp ilkin olaraq sistemi 175 milyard dollara qiymətləndirmişdi. Pentaqonun son rəsmi proqnozu isə 185 milyard dollar civarındadır. CBO-nun 1,2 trilyon dollarlıq qiymətləndirməsi isə bu rəqəmlərdən xeyli yüksəkdir. Hesabatda qeyd olunur ki, sistem böyük miqyaslı hücumlara qarşı tam qorunma təmin edə bilməyə bilər. Layihə Trampın 2025-ci ilin yanvarında imzaladığı fərmana əsaslanır və “Iron Dome for America” adından “Golden Dome” adlandırılıb.

Bu, indiyədək ABŞ-nin ən böyük və texnoloji cəhətdən ən mürəkkəb müdafiə layihələrindən biri hesab olunur. Xərclər və texniki çətinliklərə baxmayaraq, administrasiya onu strateji prioritet kimi irəli sürür.

"AzPolitika" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
azpolitika.info

1Mənbələr