AZ

Azərbaycan regionun gələcək iqtisadi və logistika xəritəsini formalaşdırır - VİDEO

Zəngilanın strateji logistika mərkəzinə çevrilməsi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm geoiqtisadi layihələrdən biri kimi qiymətləndirilir.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri yalnız infrastrukturu yenidən qurmaq məqsədi daşımır, Azərbaycan paralel şəkildə regionun gələcək iqtisadi və logistika xəritəsini formalaşdırmağa çalışır.
 
Bu baxımdan Zəngilan xüsusi əhəmiyyətə malikdir. Rayonun coğrafi mövqeyi ona həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində mühüm tranzit üstünlüyü qazandırır.
 
Hazırda əsas diqqət Zəngəzur dəhlizinin açılması, dəmir yolu infrastrukturlarının qurulması və beynəlxalq nəqliyyat marşrutlarının inteqrasiyasına yönəlib. Bu layihələr Azərbaycanın yalnız region daxilində deyil, Avrasiya məkanında nəqliyyat habına çevrilməsi strategiyasının tərkib hissəsi hesab olunur.
 
Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi siyasətin əsas xüsusiyyətlərindən biri də məhz uzunmüddətli strateji inkişaf konsepsiyasına söykənməsidir. Burada məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, eyni zamanda regionu müasir iqtisadi və nəqliyyat sisteminə inteqrasiya etməkdir.
 
Bu yanaşma Zəngilanın yaxın illərdə Cənubi Qafqazın mühüm logistika və ticarət mərkəzlərindən birinə çevrilməsi perspektivini daha da gücləndirir.
Seçilən
65
1
moderator.az

2Mənbələr