Yerevanda polis əməkdaşları Baş nazir Nikol Paşinyanı kütləvi şəkildə xəyanətkar adlandıran şəxsi saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə hökumət başçısının iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi təşviqat kampaniyası apardığı Şenqavit inzibati rayonunda baş verib.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçilik yaratmağa yönəlmiş kütləvi çıxışlar etmək şübhəsi ilə rayon polis idarəsinə aparılıb. Həmçinin bu növ əməllərlə bağlı materialların yayılması ehtimalı da araşdırılır.
Bundan əvvəl sosial şəbəkələrin Ermənistan seqmentində həmin şəxsin evinin yaxınlığında saxlanılmasını əks etdirən videogörüntülər yayılmışdı. Kadrlarda polislərin onun qollarına qandal taxaraq xidməti avtomobillə apardıqları görünür. Sonradan məlum olub ki, saxlanılan şəxs bloqer Artak Avetisyan dır.