Dominikan Respublikasında çəkilən “Survivor Yunanıstan” yarışmasının iştirakçısı Stavros Floros dənizdə balıq ovlayarkən qayıqla toqquşub.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, ağır xəsarətlər alan iştirakçının bir ayağı amputasiya edilib, digər ayağı isə ciddi zədələnib.
Layihə rəhbəri Acun Ilıcalıhazırda Florosun vəziyyətinin stabil olduğunu və həyati təhlükəsinin olmadığını bildirib. İştirakçının atası oğlunun çox qan itirdiyini və sağ qalmasının möcüzə olduğunu qeyd edib.
Hadisə ilə əlaqədar yarışmanın çəkilişləri qeyri-müəyyən müddətə dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.