AZ

İlqar Məmmədovun siyasi trayektoriyası Saffari yazır…

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Məşhur bir deyim var: “Başı var, amma oxumur”.

Bu mənada, İlqar Məmmədovun başı var, amma siyasətdə artıq o deyil.

İnsafla danışsaq, İlqar Məmmədov savadsız, cahil adam deyil, siyasi bilgiləri də xeyli yaxşıdır. Partiyadaşı deputat Erkin Qədirli kimi nəzəri olaraq hər ikisi müəllimdir. Ancaq praktiki olaraq yeni dərs ilini gözləyən həyəcanlı birinci kurs tələbəsi.

Konkret desək, İlqar Məmmədovun yaxşı başı var, həm də çatır. Dəli zad deyil yəni.

O İlqar Məmmədov ki, bir vaxtlar ən azı siyasət bilgiləri az olan adamların gözündə də olsa, alternativ bir görüntü yaratmışdı.

Ancaq sonra məlum oldu ki, lori desək, İlqar Məmmədovun “abrını” türmə örtürmüş. Elə ki, bitdi məhbəs həyatı, çıxdı fiziki azadlığa, bax bu dəfə də ruhani həbs olundu.

Deyəsən, həm də ömürlük.

İlqar Məmmədov türmədən sonra özünü elə apardı ki, elə bil, yenə türmədədir. Məsələn, bu gün həbs həyatı yaşayan əksər adamlar İlqar Məmmədovdan daha azaddır.

Bəlkə də, indi onun üçün belə demək daha məqbuldur:

“Başı var, oxuyur da. Sadəcə, siyasətin mətnini çoxdan başqaları yazır”.

İlqar Məmmədovun siyasətə gəlişi və gedişi toyda içəndən sonra təbrik demək üçün özünü yırtan uzaq qohuma oxşayır. Dava çıxmasın deyə birtəhər həmin qohuma mikrafon verirlər, o da götürüb deyir ki, “Vallan, mən nə dəəə bilərəm?”.

O qohum özündən əvvəlki təbriklərə qoşulduğu kimi, İlqar Məmmədov da özündən əvvəlki siyasi meyitlərə qoşularaq çıxıb getdi.

Əslində, elə siyasətçilər var, onlar xalqın gözündə tədricən düşməyə başlayırlar. Ancaq İlqar Məmmədov üçün belə olmadı. O, elə ilk dəfədən, bir dəfə dəydi, amma bərk dəydi.

Siyasətə tam gəlməmiş gedən İlqar Məmmədov belə demişdi:

“Siyasi səhnəyə qayıdışım isə uca xalqımızın seçkiyə tələbkar çağırışı ilə gerçəkləşə bilər. Diqqətinizə görə təşəkkür edirəm! Yaşasın Azərbaycan Respublikası!”

Elə bil, Kafla “Milenaya məktub” yazır.

Normalda bir siyasətçi “mən gəlirəm” deyəndə meydanın tozunu qaldırar, tribunaları silkələyər, gündəmi dəyişər. İlqar Məmmədov isə elə danışır ki, elə bil məktəb direktoruna ərizə yazır:

“Əgər kollektiv uyğun bilərsə, yenidən fəaliyyətimi davam etdirməyə hazıram”.

Bu vida məktubundan sonra Azərbaycan xalqı da öz sərt münasibətini bildirib.

Belə ki, xalqımız səmimi qəlbdən, ürəklərinin yağı ilə İlqar Məmmədova gedişinə görə dərin, çox dərin bir təşəkkür ediblər. Adam var, hətta qayıdana söyüş də qoyub.

Bir sözlə, bir zamanlar “ümid paketi” kimi təqdim olunan İlqar Məmmədovun içindən istifadə müddəti bitmiş ehtiyat hissələri çıxdı.

Elə o bir zamanlar adı çəkiləndə kimlərsə “bəlkə…” deyirdisə, indi o adamlar “Yenə? Hələ də?” deyirlər.

Bütün hallarda onun gələ bilmədiyi siyasətdən getməyi də başının olduğunu göstərir. Onlarla adamlar var ki, İlqar Məmmədov kimi düşünmürlər. Əgər bir yerdə sənə ehtiyac yoxdursa, olmağınla-olmamağın heç bir fərq yaratmırsa, sakitcə çıxıb getmək ən gözəl ayrılıqdır.

Ancaq ağıllı olmaq da bəzən kifayət etmir. Məsələn, əgər o heç vaxt siyasətə qayıtmasa, demək, onda həm də dahiliyin əlaməti var.

Təşəkkürlər, İlqar Məmmədov. Gedişiniz zərrə kədərlənmədi.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr