ABŞ prezidenti Donald Tramp Pekinə İlon Mask və Nvidia-nın baş direktoru Jensen Huangla səfər edib.
Musavat.com xəbər verir ki, məlumatı Reuters Ağ Ev sözçüsünə istinadən yayıb.
Bildirilir ki, hər iki sahibkar Alyaskadan Pekinə yola düşən Force One təyyarəsinə miniblər.
11 mayda Bloomberg xəbər verib ki, Tramp administrasiyası Mask, Apple şirkətinin baş direktoru Tim Kuk və ABŞ-ın böyük korporasiyalarının rəhbərlərini prezidentin Çinə dövlət səfərində müşayiət etməyə dəvət edib.
Reuters əvvəllər iddia edib ki, Huanq görüşə dəvət olunmadığı üçün Çin paytaxtına getməyəcək.
Musavat.com