AZ

Kənd məktəbinin Əməkdar müəllimi və onun yetirmələri sertifikasiyada uğur qazandılar

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ordubad rayonunun Nüsnüs kəndində yerləşən tam orta məktəbdə müəllimlərin sertifikatlaşdırılması prosesi üzrə uğurlu nəticələr qeydə alınıb.

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi, Əməkdar müəllim Səbahət Əliyeva sertifikasiya imtahanında 58 bal toplayaraq yüksək nəticə göstərib. Vaxtilə onun ibtidai sinif müəllimi olduğu, hazırda isə həmin məktəbdə pedaqoji fəaliyyət göstərən müəllimlər də imtahanda uğur qazanıblar. Belə ki, riyaziyyat müəllimləri Şəkər Həsənli 57 bal, Vüsalə Əkbərova 53 bal, İnci Abbasbəyli 40 bal, kimya müəllimi Elnurə Qənbərli isə 56 bal toplayıb.Əldə olunan nəticələr uzun illərin pedaqoji təcrübəsinin, müəllim peşəsinə məsuliyyətli yanaşmanın və keyfiyyətli tədrisin göstəricisidir.  Səbahət Əliyevanın yetişdirdiyi müəllimlərin bu gün həmkar kimi eyni məktəbdə fəaliyyət göstərməsi və sertifikasiya prosesində uğur qazanması məktəbdə formalaşan sağlam pedaqoji ənənələrin davamıdır. Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırılması prosesi təhsilverənlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
redaktor.az

3Mənbələr