AZ

Regionda dayanıqlı sülhün formalaşması mümkündür- ÖZƏL

Bunun üçün revanşist ritorikadan imtina olunmalıdır

"Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətinə ünvanlanan mühüm mesaj kimi də qiymətləndirilə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisindeputatı Sevinc Fətəliyeva deyib: "Azərbaycan bir daha nümayiş etdirdi ki, regionda dayanıqlı sülhün formalaşmasını mümkün hesab edir. Lakin bunun üçün keçmiş münaqişə təfəkküründən və revanşist ritorikadan imtina olunmalıdır. Bakı kommunikasiya xətlərinin açılmasına, iqtisadi əməkdaşlığa və regional inteqrasiyaya hazır olduğunu bəyan etsə də, eyni zamanda vurğulayır ki, regionun əvvəlki qarşıdurma mərhələsinə qayıdışı mümkün deyil. Çıxışın mühüm istiqamətlərindən biri də nəqliyyat və geoiqtisadi əlaqələrin inkişafı ilə bağlı idi. Bu gün Zəngilan təkcə bərpanın simvolu deyil, həm də gələcək regional logistika mərkəzlərindən biri kimi qiymətləndirilir. Azərbaycan yeni nəqliyyat marşrutları vasitəsilə Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrin möhkəmlənməsində strateji rolunu daha da gücləndirməyə çalışır. Məhz buna görə də regional kommunikasiyaların açılması məsələsi Bakıda lokal deyil, daha geniş geoiqtisadi transformasiyanın bir hissəsi kimi qəbul edilir. Bütün bunların fonunda Azərbaycanın hazırkı strategiyasının bir neçə əsas istiqamət üzərində qurulduğu aydın görünür: dövlət suverenliyinin daha da möhkəmləndirilməsi, azad edilmiş ərazilərin sürətli bərpası, beynəlxalq nəqliyyat layihələrinin inkişafı və postmünaqişə dövrünə uyğun yeni diplomatik gündəliyin formalaşdırılması".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr