AZ

Nigar Fərhaddan qalmaqallı açıqlama: “Qazanmayan kişinin...”

“Mənə yenə provokativ bir sual gəlib və onu cavablandırmağa məcburam. Sual belədir: qazanmayan kişi münasibətdə ola bilərmi? Açığı, bilmirəm yenə dilimin bəlasına düşəcəyəm, ya yox, amma düşündüyümü deməliyəm”.

Publika.az xəbər verir ki, bu sözləri aparıcı Nigar Fərhad deyib.

O bildirib ki, qadın qazansa da, münasibətdə maddi yükün əsas hissəsi kişinin üzərinə düşməlidir:

“Məncə, sual belə qoyulmamalıdır: qazanmayan kişi sevə bilərmi, yaşaya bilərmi, normal insan ola bilərmi? Əlbəttə, ola bilər. Çünki insanın qazanmaması bəzən onun tənbəlliyindən yox, həyat şərtlərindən qaynaqlanır. İş tapa bilmir, çətinlik yaşayır, müəyyən problemlərdən keçir. Yəni “qazanmayan” statusunun da bir səbəbi, bir tarixçəsi var.

Amma sual konkret münasibətlə bağlıdırsa, mənim şəxsi düşüncəmə görə, kişi münasibətdə müəyyən məsuliyyət daşıyır. Münasibətin içində kişinin üzərinə düşən bəzi yüklər var və həmin yükləri daşımaq üçün müəyyən maddi sabitlik də lazımdır. Ona görə də, tamamilə qazancı olmayan bir kişinin münasibəti sağlam şəkildə davam etdirməsi çətin ola bilər Çünki münasibətdə bir kişinin üzərinə çox məsuliyyət düşür”.

Seçilən
25
publika.az

1Mənbələr