AZ

Qazaxda evdə partlayış: Yaralanan var - YENİLƏNİB

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb.

İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.

Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

“Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü  il təvəllüdlü  Sədaqət Əliyevaya  zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiyya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qiymətləndirilir”. 

"Cebheinfo.az"

Seçilən
21
6
cebheinfo.az

10Mənbələr