AZ

"Survivor"da faciə: gənc iştirakçının ayağı qopdu - VİDEO

Tanınmış iş adamı Acun Ilıcalının prodüseri olduğu məşhur “Survivor Yunanıstan” yarışmasında faciəvi qəza baş verib.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Dominikan Respublikasında keçirilən yarışamnın yunan iştirakçısı Stavros Floros nizə ilə balıq ovu etdiyi zaman turist qayığı onu vurub.

Hadisə nəticəsində ağır xəsarət alan 21 yaşlı iştirakçı dərhal xəstəxanaya çatdırılıb. Tibbi müdaxilə ilə onun ayağı amputasiya edilib.

Qəzadan sonra SKAI kanalı proqramı qeyri-müəyyən müddətə dayandırıb.

"Survivor"dakı qəza ilə bağlı aşağıdakı açıqlama verilib:

“İndiyə qədər əldə edilən məlumata görə, qəza iştirakçı yarışmadan kənarda balıq ovu zamanı turist qayığı ilə toqquşması nəticəsində baş verib. Yaralı iştirakçıya kömək göstərmək və onu xəstəxanaya təhlükəsiz şəkildə çatdırmaq üçün dərhal tədbirlər görülüb. Hadisənin səbəblərini və şəraitini aydınlaşdırmaq üçün müvafiq liman orqanları tərəfindən araşdırma aparılır. Müsabiqə iştirakçısı xəstəxanada ağır, lakin stabil vəziyyətdədir və həyati təhlükəsi yoxdur".

Billurə

Seçilən
6
olke.az

1Mənbələr