AZ

Sürücü birtərəfli yolun əksinə çıxıb axına qarşı hərəkət etdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 15-də, paytaxtın Təbriz küçəsində qeydə alınıb. Belə ki, 99-B-793 qeydiyyat nişanlı motosikletin sürücüsü birtərəfli yolun əksi istiqamətinə çıxıb. O, axına qarşı hərəkət edərək yoluna davam edib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
avtosfer.az

1Mənbələr