
Uyğun şəraitin yaradılmasından sonra Ərdəbil hava limanının yenidən açılması üçün lazımi hazırlıqlar görülüb.
Gunaz.tv
Bunu ərədbil valisi Məsud İmami Yeqanə deyib.
"Əlverişli şəraitə baxmayaraq, Ərdəbil Hava Limanının yenidən açılması üçün icazə yaxın iki gün ərzində veriləcək",- o əlavə edib.
Valinin sözlərinə görə, uçuş və təyinat hava limanları ilə aviaşirkətlər arasında lazımi koordinasiyadan sonra Ərdəbil hava limanından uçuşlar yaxın günlərdə bərpa olunacaq.
Qeyd edək ki, 28 fevral İran-Amerika və İsrail müharibəsi başlayandan sonra Ərdəbil hava limanının da fəaliyyəti dayandırılıb.