AZ

Elm və təhsil jurnalistikası üzrə peşəkar proqram üçün qeydiyyatBAŞLADI

Elm və təhsil sahəsində kommunikasiya və jurnalistika istiqamətində ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün yeni peşəkar inkişaf proqramına start verilib.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, “OpenScience Media Lab” və “Science and Education Media”nın birgə təşəbbüsü ilə həyata keçirilən proqramın məqsədi elm və təhsil mövzularının ictimaiyyətə düzgün, effektiv və peşəkar şəkildə çatdırılması sahəsində yeni kommunikasiya mütəxəssislərinin hazırlanmasına töhfə verməkdir.

Proqram iştirakçıları elm və təhsil jurnalistikası, media kommunikasiya bacarıqları, kontent hazırlanması və ictimai kommunikasiya istiqamətində nəzəri və praktiki təlimlərdə iştirak edəcəklər. Bununla yanaşı, iştirakçılar mentor dəstəyi əldə edəcək, həmçinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində real media təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.

Təşəbbüs çərçivəsində əsas hədəf cəmiyyətin inkişafında mühüm rol oynayan təhsil sahəsi üzrə peşəkar media və kommunikasiya mühitinin formalaşmasına dəstək verməkdir. Proqramda iştirak tam ödənişsizdir.

Qeyd edək ki, proqram üzrə qeydiyyat 31 may tarixinədək davam edəcək.

Qeydiyyat və ətraflı məlumat üçün keçid edin.

Seçilən
14
1
redaktor.az

2Mənbələr