AZ

İranın gizlətdiyi güclə bağlı şok DETAL

ABŞ kəşfiyyatının qiymətləndirmələrinin Prezident Tramp administrasiyasının İran ordusunun “tamamilə məhv edildiyi” ilə bağlı açıqlamalarının əksinə olaraq, ordunun raket potensialını böyük ölçüdə qoruduğunu göstərdiyi iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, “The New York Times” qəzetinin may ayına aid məxfi kəşfiyyat sənədlərinə əsaslanan xəbərində İranın Hörmüz boğazındakı 33 raket bazasından 30-na yenidən çıxış əldə etdiyi irəli sürülüb.

Xəbərdə həmçinin İranın müharibədən əvvəlki raket ehtiyatının təxminən 70 faizini və mobil raket buraxılış sistemlərini hələ də əlində saxladığı qeyd olunub.

Bundan əlavə, ölkə üzrə yeraltı raket anbarları və buraxılış obyektlərinin demək olar ki, 90 faizinin “qismən və ya tam işlək vəziyyətə” gətirildiyi iddia edilib.

Ağ Evin mətbuat katibinin müavini Olivia Ueyls kəşfiyyat qiymətləndirmələri ilə bağlı xəbərlərə münasibət bildirərək İran ordusunun “əzildiyi” barədə əvvəlki açıqlamaları təkrarlayıb.

Ueyls İran ordusunun yenidən təşkil olunduğunu düşünənlərin “ya özünü aldatdığını, ya da İnqilab Keşikçiləri Korpusunun sözçülüyünü etdiyini” iddia edib.

ABŞ Prezidenti Tramp isə sosial media hesabındakı paylaşımında İran ordusunun yaxşı vəziyyətdə olduğunu deməyin “demək olar ki, vətənə xəyanət” sayılacağını yazıb.

Pentaqonun mətbuat katibinin müavini Coel Valdez də açıqlamasında kəşfiyyat xəbərlərinə sərt reaksiya verərək bildirib:

“NYT və digərlərinin "Epik Qəzəb Əməliyyatı"nı tarixi uğur kimi təqdim etmək əvəzinə İran rejiminə ictimaiyyətlə əlaqələr dəstəyi verməsi son dərəcə utancvericidir”.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr