AZ

QHT-lər üçün WUF13-lə bağlı onlayn məlumatlandırıcı sessiya təşkil olunub

Azərbaycan Milli QHT Forumu (AMQF) WUF13-də vətəndaş cəmiyyəti institutlarının fəal iştirak imkanlarına dair onlayn məlumatlandırıcı sessiya təşkil edib. 2026-cı il mayın 8-də keçirilən sessiyada BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) nümayəndəsi Aditya Kumar da iştirak edib.

QHT.az bildirir ki, o, vətəndaş cəmiyyəti institutlarını WUF13 platformasının təqdim etdiyi imkanlardan yararlanmağa çağıraraq bu mövzuda təqdimatla çıxış edib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, WUF13-də yerli QHT-lərin tədbirlər keçirməsi üçün Azərbaycan QHT Agentliyinin xətti ilə ödənişsiz pavilyon fəaliyyət göstərəcək.

Qlobal Cənub QHT Platformasının nümayəndəsi Fuad Kərimli bildirib ki, Platformanın da xarici QHT-lər üçün pavilyonu olacaq. Artıq 30-dan çox xarici QHT tədbirlər üçün qeydiyyatdan keçib.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov WUF13 çərçivəsində tədbir keçirəcək təşkilatlar arasında koordinasiyanın gücləndirilməsinin və operativ məlumat mübadiləsinin vacibliyini vurğulayıb.

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova isə çıxışında WUF13 çərçivəsində inklüzivlik istiqamətində planlaşdırılan təşəbbüslər barədə məlumat verib.

Sessiya zamanı iştirakçıların sualları cavablandırılıb, forum çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
24
1
qht.az

2Mənbələr