AZ

Azərbaycan dövlətinin mədəni irs siyasəti qlobal dəyər qazanıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Böyük Britaniyanın nüfuzlu nəşri “Global brand magazine”nin təşkil etdiyi beynəlxalq müsabiqədə “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə qalib elan olunub.

Dövlət Xidmətinə mükafatın təqdim edilməsində əsas meyarlar kimi “Vahid mədəniyyət reyestri” informasiya sisteminin yaradılması, 3 mindən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumatların vahid rəqəmsal platformaya inteqrasiyası istiqamətində fəaliyyətlər, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb etmişdir.

Bu çərçivədə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, “Mənim mədəniyyətim” vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanları, eləcə də şəffaflıq, operativlik və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması üzrə davam edən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd olunub.

Qeyd edək ki, “Global brand magazine” beynəlxalq səviyyədə dövlət idarəçiliyi, innovasiya, korporativ transformasiya və institusional inkişaf sahələrində fəaliyyət göstərən qurumların qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
11
xalqqazeti.az

10Mənbələr