AZ

“Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı

Misli premyer-liqasının 30-cu turunda “Neftçi” səfərdə “Karvan-Yevlax”ı darmadağın etmişdi - 3:0. İkinci qol qapı arxasından telefonla çəkilişlə “ağ-qaralar”ın sosial şəbəkə hesablarında paylaşılıb. Bu videoya 32 milyondan çox baxış gəlib.
Qolun müəllifi Freddi Varqasdı. Venesuelalı futbolçunu qoluna türk futbolunun əfsanələrindən Nihat Kahveçi da münasibət bildirib: “Burda toxunuş normal edilə bilər. Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi. Bu keyfiyyət istəyir. Sən Harri Keyn, Levandovski, İbrahimoviç deyilsən. Benzema da deyilsən. Ağıldolu qoldu. Burda rahatlıq görürəm. O dabanla vursan, top qapıdan keçməsə, lap 30 qolun olsun, yanarsan. Belə vursan da, bizi də belə danışdırarsan”.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
23
football-plus.az

1Mənbələr