İngiltərə Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək pley-off finalına yüksələn ikinci komanda da məlum olub.
QOL.az xəbər verir ki, yarımfinalda “Midlsbro”nu məğlub edən “Sauthempton” həlledici matça vəsiqə qazanıb.
İlk matçda 0:0 bərabərə qalan komandaların ikinci matçında da əsas vaxtda qalib müəyyənləşməyib: 1:1. Əlavə vaxtda daha bir qol vuran "Sauthempton" 2:1 hesablı qələbə ilə adını finala yazdırıb.
Bundan əvvəl isə türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" finala vəsiqə qazanmışdı.
Tərəflər arasında final oyunu mayın 23-də “Uembli”də olacaq. Qalib yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.