Serbia tarixində ilk dəfə olaraq NATO üzvü ölkələrlə birgə hərbi təlimlərə başlayıb. Bu barədə Serbia Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, “NATO-Serbiya” adlı təlimlərdə Serbiya ordusu ilə yanaşı İtaliya, Roma və Türkiyə silahlı qüvvələrindən təxminən 600 hərbçi iştirak edir.
Bəyanatda bildirilib ki, təlimlərdə həmçinin ABŞ, Almaniya, Ruminiya, Fransa və Monteneqrodan hərbi planlaşdırıcılar və müşahidəçilər də yer alır.
Təlimlərə Serbiyanın Üçüncü Ordu Briqadasının komandir müaviniBranislav Stevanoviç rəhbərlik edir.
Serbiya Müdafiə Nazirliyi bildirib ki, taktiki səviyyədə keçirilən təlimlər mayın 23-dək davam edəcək və əsas məqsəd iştirakçı ölkələrin hərbçiləri arasında təcrübə mübadiləsi və birgə əməliyyat bacarıqlarının inkişaf etdirilməsidir.
Gülnar Nazimqızı