AZ

Bakıda əməliyyat keçirildi 2 nəfər saxlanıldı

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən əməliyyatlar zamanı 42 kq narkotik vasitə və 460 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir. Paytaxt və ətraf ərazilərdə keçirilən tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar. Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
23
icma.az

10Mənbələr