AZ

Ağ Şəhərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib - FOTO

Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ağ Şəhərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutub. Tədbir Xətai Rayon İcra Hakimiyyəti, “Azersun Holding” MMC, “Araz” supermarketlər şəbəkəsi, “EcoHub” İctimai Birliyi və “Yağmur-2” MMC-nin dəstəyi ilə “Biznes Mərkəzi 2020”-nin qarşısında keçirilib.


Festival zamanı vətəndaşlar təkrar emala yararlı tullantıları təhvil verərək müxtəlif hədiyyələr qazanıblar. Toplanan tullantılar arasında ümumi tutumu 1150 litr olan plastik, 585 litr olan şüşə və 2775 ədəd işlənmiş batareya yer alıb.

Tədbir çərçivəsində uşaqlar üçün maraqlı oyunlar və master-klasslar təşkil olunub. Onlar ekoçantalar və kətan üzərində rəsm çəkərək həm yaradıcılıqlarını nümayiş etdirib, həm də ekoloji düşüncə tərzini mənimsəyiblər.

Festivalın məqsədi tullantıların düzgün idarə olunmasını təşviq etmək, təkrar emal mədəniyyətini genişləndirmək və cəmiyyətdə ekoloji məsuliyyəti artırmaqdır.
















Seçilən
28
ekologiya.az

1Mənbələr