AZ

Adil Məmmədov: WUF13-ün keçiriləcəyi yerin dizaynında şəhərsalma ənənələrinə üstünlük verilib

WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunun dizayn işlərində şəhərsalma ənənələrinə üstünlük verilib.

"Report" xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə bağlı media nümayəndələrinə məlumat verərkən deyib.

Onun sözlərinə görə, stadion müxtəlif zonalara bölünüb:

"A zonası 5 küçədən ibarətdir, hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib. Burada 20-dən çox konfrans keçiriləcək".

A.Məmmədov həmçinin bildirib ki, xarici ölkələrdən qonaqların onlayn şəkildə tədbirə qatılması üçün lazımi şərait yaradılıb:

"Bundan başqa, media nümayəndələrinə də canlı yayım üçün 14 otaq ayrılıb. Eyni zamanda, ərazidə 2 dialoq otağı var, tutumu 500 nəfər yaxındır".

WUF13 rəsmisi vurğulayıb ki, tədbirlərdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək:

"Xarici ölkədən də 160-dan çox tərcüməçi Azərbaycana dəvət edilib".

Seçilən
36
far.az

1Mənbələr