AZ

Marukyan: Ermənistan hakimiyyəti milli tarixdən imtina edərək rəqiblərin tezislərini qəbul edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "İşıqlı Ermənistan" partiyasının lideri Edmon Marukyan Qavar sakinləri ilə görüşündə hazırkı hakimiyyəti kəskin tənqid edərək, onları ölkənin milli tarixinə yenidən baxmaqda, dövlət rəmzlərindən (gerb, Ararat təsviri) imtina etməkdə və Azərbaycanla Türkiyənin tezislərini qəbul etməkdə ittiham edib. 

Siyasətçi qeyd edib ki, hakimiyyət kilsəyə və milli dəyərlərə qarşı kampaniya aparır, eyni zamanda Azərbaycanın öz ərazisindəki erməni irsinə münasibətinə səssiz qalır.(?) Marukyan vətəndaşları seçkilərdə fəal olmağa çağıraraq bildirib ki, mütləq hakimiyyətə son qoyulmalı və parlamentdə xalqın maraqlarını müdafiə edən, kompromis əsaslı yeni siyasi qüvvələr təmsil olunmalıdır. Onun sözlərinə görə, seçicilərin passivliyi İrəvanda olduğu kimi "azlığın hakimiyyəti" ilə nəticələnə bilər ki, bu da ölkəni geriyə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr