Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Ceyhun Bayramov Abbas Əraqçi ilə diplomatik proseslərlə bağlı son vəziyyət, regional hadisələr və ikitərəfli münasibətləri müzakirə edib.