AZ

Müğənni geyiminə görə çətin anlar yaşadı - FOTO

Alban əsilli britaniyalı müğənni Dua Lipanın "Qızıl Qlobus" mükafatlandırma mərasimində geyindiyi libas gündəm olub. SİA xəbər verir ki, həm gözəlliyi, həm də səsi ilə hər zaman gündəmdə olan Dua Lipa sosial mediadan aktiv istifadə edənlərdəndir.

Müğənni ötən gün "Qızıl Qlobus" mükafatlandırma mərasiminə diqqətçəkən geyimdə qatılıb.

"Barbie" filmindəki mahnısı ilə mükafata namizəd olan Lipa mərasimdən əliboş qayıdarkən geyiminə görə çətin anlar yaşayıb.

Ruhdan düşmək əvəzinə vəziyyətdən əylənən gözəl ulduz, əynindəki paltarın darlığına və narahatlığına görə kresloda necə otura bilmədiyini göstərən əyləncəli video çəkərək sosial media hesabında paylaşıb.

Seçilən
439
50
sia.az

10Mənbələr