Yunanıstanın borclarının ödənilməsi üçün Afinanın simvolu olan Akropol satışa çıxarıla bilər.
Publika.az “Greek Reporter"ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının keçmiş prezidenti Jan-Klod Yunker məlumat yayıb.
Onun sözlərinə görə, görüşlərindən birində bir Avropa maliyyə naziri Yunanıstanın borclarını ödəyə bilməsi üçün Akropolun satılmasını təklif edib. Məlumata görə, bu təklif iclasda güclü reaksiyaya səbəb olub.
Yunker qeyd edib ki, o, bu təklifə sərt reaksiya verərək, həmin nazirə susmasını söyləyib.