AZ

Seçkilərin favoriti Paşinyandır



Ermənistanda yaxınlaşmaqda olan 2026-cı il parlament seçkiləri, adi hakimiyyət uğrunda mübarizə kimi görünsə də, əslində bu seçkilər ölkənin geosiyasi istiqamətini müəyyən edən, Ermənistanın strateji seçkiləri kimi qəbul edilməsi lazımdır. Bu baxımdan mübarizə əsasən iki qütb arasında, Qərbyönlü və Rusiyayönlü revanşist qüvvələr arasında olacaq. Nikol Paşinyanın Qərbə yaxınlaşma siyasəti və Azərbaycan -Türkiyə ilə normallaşma xəttini davam etdirməsi gözlənilərkən, Rusiyayönlü revanşist qüvvələrin də geri dönüş etmə ehtimalı, əlbətdə ki var. Doğrudur, hazırda keçirilən seçki kompaniyasına görə və siyasi mənzərəyə əsaslanaraq demək olar ki, revanşist düşərgənin əsas namizədi Robert Koçaryan və onun ətrafında birləşən qüvvələrin seçkidə tam qələbə qazanmaq şansları az görünür və ölkənin son analitik sorğuları onu göstərir ki, Paşinyan və onun ,, Mülki Müqavilə,, partiyasının namizədləri ölkənin ən böyük elektoratına sahibdirlər. Əlbətdə ki seçki kompaniyasına başlamadan öncə bunu demək çətin idi. Hətta bəzi sorğu mərkəzləri aradakı intervalı 25 faiz göstərirlər. Bu da revanşist qüvvələr arasında bədbinlik abu-havası yaradır və parçalanma siqnalı olaraq qiymətləndirilir. Doğrudur, Ermənistan seçiciləri arasında kifayət qədər qərarsız seçici sayı var. Revanşist qüvvələrin bu seçiciləri öz tərəfinə çəkə bilmə ehtimalı da yox sayıla bilməz. Qarabağ müharibəsini uduzan Paşinyana qarşı sərhəd məsələləri, sosial narazılıqlar və digər məsələləri əsas təbliğat mövzusu edərək, qərarsız elektoratı öz tərəfinə çəkə bilərlər. Əlbətdə ki revanşist qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycan -Ermənistan sülh müqaviləsini sual altına alır və danışıqlarda əldə olunan nəticələrin bloklama ehtimalı yüksəkdir. Paşinyan hökumətinin bu istiqamətdə atdığı addımlar və onun hökumət başçısı olaraq apardığı ağıllı siyasət, kompromis siyasəti əlbətdə ki Koçaryan və tərəfdarları üçün qəbuledilməzdir. Çünki onlar bunu hər fürsətdə bəyan edirlər və onların Rusiya ilə sıx əlaqələri bu siyasətdən kənara çıxmalarına mane olur. Bu baxımdan hesab edirəm ki, Ermənistan cəmiyyətində genişmiqyaslı yeni müharibəyə ciddi dəstək yoxdur və 44-günlük ağır müharibənin nəticələri və ölkədəki iqtisadi problemlər insanları daha praqmatik qərar verməyə məcbur edir. Əlbətdə ki Paşinyan sayəsində hazırda Ermənistanda başa düşülür ki, Azərbaycan və Türkiyə ilə uzunmüddətli düşmənçilik regionu xüsusilə də Ermənistanı küncə sıxışdırıb və ölkə bu səbəbdən çıxılmaz vəziyyətə düşüb. Bu səbəbdən hesab edirəm ki, Paşinyan və onun komandası bu seçkilərdə fovarit hesab olunur və bu səbəbdən revanşist qüvvələrin parçalanmasını seçkidən sonra görmək imkanımız var və bu seçkilər Cənubi Qafqaza sülh və əmin-amanlıq baxımından öz təsirini göstərəcək.

Çingiz Şahbazi, siyasi ekspert
Seçilən
36
newscenter.az

1Mənbələr