Slovakiya parlamentinin sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarovanı Bratislavaya səfərə dəvət edib.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, o, bu barədə Sahibə Qafarova ilə birgə keçirilən mətbuat konfransında bildirib.
"Hörmətli xanım Sədr, hörmətli həmkarlar, bugünkü konstruktiv dialoqa görə bir daha səmimi təşəkkürümü bildirir, gələcək əməkdaşlığı və sizin ölkəmə səfərinizi səbirsizliklə gözləyirəm" - R.Raşi deyib.