AZ

Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı - SİYAHI

Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı - SİYAHI

Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda xidmətlər təşkil olunacaq.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AFN.az-a verilən məlumata görə, müəyyən edilmiş ünvanlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq.

Bildirilib ki, həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Agentliklə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq baytarlıq nəzarəti altında kəsim və satış təmin ediləcək.

Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.

Seçilən
11
26
afn.az

10Mənbələr