AZ

Bu yay özü ilə FƏLAKƏTİ gətirəcək - Alimlərdən ŞOK PROQNOZ

Alimlər 2026-cı ilin yay aylarında təsirini gücləndirəcəyi gözlənilən “El Niño” fenomeni ilə bağlı təcili xəbərdarlıq ediblər.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Mütəxəssislər bildirirlər ki, qlobal istiləşmə ilə birlikdə baş verəcək güclü El Niño dünyanın bir çox bölgəsində rekord istilər, meşə yanğınları, quraqlıq və sel fəlakətlərinə səbəb ola bilər.

İmperial College London tərəfindən təşkil olunan beynəlxalq mətbuat konfransında açıqlanan məlumatlara görə, 2026-cı ilin ilk aylarında dünyada 150 milyon hektardan çox ərazi yanıb. Bu rəqəm son illərin orta göstəricisindən 50 faiz çoxdur və 2024-cü ilin eyni dövrü ilə müqayisədə ikiqat artım deməkdir.

Alim Theodore Keeping bildirib ki, meqa-yanğınların əsas səbəbi iqlim dəyişikliyi və istilik dalğalarının artmasıdır. Onun sözlərinə görə, ilin ikinci yarısında güclü El Niño formalaşarsa, tarixdə ən ağır yanğın mövsümlərindən biri yaşana bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, El Niño təkcə yanğın riskini artırmır. Fenomen bəzi bölgələrdə quraqlıq və su çatışmazlığı yaradarkən, digər ərazilərdə daşqın və güclü fırtınalara səbəb ola bilər. Xüsusilə ABŞ, Avstraliya, Cənubi Amerika və Asiya ölkələrinin ciddi risk altında olduğu bildirilir.

Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin (ECMWF) son modellərinə əsasən, 2026-cı ilin sonuna qədər “Super El Niño” ehtimalı sürətlə artır. Bəzi proqnozlarda Sakit okeanın temperaturunun normadan 3 dərəcəyə qədər yüksək ola biləcəyi qeyd olunur.

İqlim üzrə ekspert Friederike Otto isə bildirib ki, əsas təhlükə El Niño deyil, onun artıq qlobal istiləşmiş planetdə baş verməsidir. Onun sözlərinə görə, “planet əvvəlkindən daha isti olduğu üçün El Niño-nun təsiri daha dağıdıcı olacaq”.

Musavat.com

Seçilən
73
1
musavat.com

2Mənbələr