AZ

​“Qalatasaray”ın ulduzunu küçədə döydülər

Türkiyənin “Qlatasaray” klubunun ulduz futbolçusu Lukas Torreira küçədə hücuma məruz qalıb. Hadisə İstanbulun Beyoğlu rayonunda baş verib. Metbuat.az xəbər verir ki, insident İstanbuldakı kafelərdən birinin qarşısında qeydə alınıb. Naməlum şəxs futbolçuya yumruqla hücum edib. Əraziyə polis əməkdaşları cəlb olunub və hücum edən şəxs hadisə yerindən uzaqlaşmağa çalışarkən taksidə saxlanılıb. Bildirilir ki, saxlanılan şəxsin əvvəllər də “qəsdən xəsarət yetirmə” maddəsi ilə polis qeydiyyatında olduğu aşkarlanıb. Torreiranın göz və qaş nahiyəsində qızartı müəyyən edilib. Futbolçu tibbi müayinədən keçərək şikayətçi olub.

Türkiyə mediası hücum edən şəxsin hazırda polis nəzarətində olduğunu yazır. Hadisə ilə bağlı araşdırma davam edir.

Seçilən
41
metbuat.az

1Mənbələr