AZ

İspaniya millisi ilə DÇ-2026-ya yollanmayacaq məşhurların adları açıqlandı

Bu yay keçiriləcək dünya çempionatında İspaniya millisinin heyətində olmayacaq tanınmış futbolçuların adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

Məlumata görə, "Komo"nun hücumçusu Alvaro Morata və "Real Madrid"in cinah müdafiəçisi Daniel Karvaxal baş məşqçi Luis de la Fuentenin tərtib etdiyi 55 nəfərlik geniş siyahıdan kənarda qalıb. Yığmanın çalışdırıcısının onların əvəzinə daha hazır olan futbolçulara yer verdiyi vurğulanıb.

Cari mövsüm 33 yaşlı Morata İtaliya komandasında 28 matça çıxaraq 983 dəqiqə oynayıb. Təcrübəli forvard 1 qol və 2 assistlə diqqət çəkib.

34 yaşlı Karvaxal isə 20 görüşdə 885 dəqiqə mübarizə aparıb və məhsuldar göstəricilərlə yadda qalmayıb. Dani həm də hazırda zədəsini sağaltmaqla məşğuldur.

Xatırladaq ki, İspaniyanın DÇ-2026 üçün yekun heyəti mayın 25-də açıqlanacaq.

Nihat

Seçilən
36
fanat.az

1Mənbələr