Galatasarayın ulduz futbolçusu Lukas Torreiraya İstanbulda edilən hücumunun görüntüləri yayılıb.
Musavat.com xəbə verir ki, hadisənin Beyoğlunun Kasımpaşa səmtində yerləşən ticarət mərkəzinin qarşısında baş verdiyi bildirilib.
Məlumata görə, Uruqvaylı yarımmüdafiəçi kafedən çıxarkən Yusuf Y. adlı şəxs ona yaxınlaşaraq yumruqla hücum edib. Hadisə zamanı tərəflər arasında gərginlik yaranıb, təhlükəsizlik əməkdaşları və futbolçunun yaxınları davaya müdaxilə edərək vəziyyəti sakitləşdirməyə çalışıblar.

Yayılan görüntülərdə şübhəlinin Torreyanı ticarət mərkəzinin qarşısında gözlədiyi, daha sonra isə qəfil hücuma keçdiyi görünür. Ətrafdakı şəxslərin müdaxiləsindən sonra hücumçunun taksi ilə hadisə yerindən uzaqlaşmağa çalışdığı, lakin qısa müddət sonra polis tərəfindən saxlanıldığı qeyd olunur.
Şübhəli Yusuf Y. ifadəsində futbolçunu izlədiyini etiraf edib. O bildirib ki, Lucas Torreiranın sosial şəbəkə vasitəsilə əlaqə saxladığı İpek B. ilə maraqlandığını düşündüyü üçün bu addımı atıb.
Torreira isə polisə verdiyi ifadədə İpek B.-nin sevgilisi olduğunu bildirib. Futbolçu həmçinin qeyd edib ki, həmin şəxsə qarşı daha əvvəl 45 günlük uzaqlaşdırma qərarı çıxarılıb.
Araşdırma zamanı Torreyanın sürücüsü Eray S.-nin də tərəfləri ayırmağa çalışarkən hücumçuya yumruq vurduğu müəyyən edilib. Tibbi baxış zamanı futbolçunun sol qaşı ilə gözü arasında qızartı aşkarlanıb.
Musavat.com




