AZ

Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Türkiyənin Samsun şəhərinin Havza rayonunda yağan güclü yağış ciddi fəsadlara səbəb olub.

Musavat.com xəbər verir ki, yağışlardan sonra Hacıosman çayının məcrasından çıxaraq daşması nəticəsində rayonda sel və daşqın hadisələri baş verib.

Təbii fəlakət səbəbindən bir çox ev və iş yeri su altında qalıb. Küçələrdə yaranan güclü axın gündəlik həyatı iflic edib, sakinlər çətin anlar yaşayıblar.

Sel sularının təsirindən bəzi avtomobillərin axara düşərək sürükləndiyi bildirilib. Həmçinin küçələrdə yerləşən zibil konteynerlərinin də güclü cərəyan tərəfindən aparıldığı müşahidə olunub.

Hadisə anları rayon sakinləri tərəfindən mobil telefon vasitəsilə lentə alınıb. Görüntülərdə küçələrin tamamilə su ilə örtüldüyü və selin nəqliyyat vasitələrini sürüklədiyi əks olunub.

Hazırda ərazidə vəziyyətin normallaşdırılması üçün aidiyyəti qurumların əməkdaşları tərəfindən işlər aparılır.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr