AZ

Məşhur türk müğənni vəfat etdi

Türk sənət musiqisinin tanınmış ifaçılarından olan Banu Kalender vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, müğənninin bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə apardığı və onkologiya şöbəsində müalicə aldığı bildirilib.

Məlumata görə, aprelin 26-da evində qəfil halı pisləşən sənətçi müayinə üçün aparıldığı xəstəxanada bu gün həyatını itirib. pizza mizza

Qeyd edək ki, mərhum sənətçi məşhur müğənni Adnan Şensesin mənəvi qızı kimi də tanınırdı.

Banu Kalenderin bir neçə gün əvvəl Kartalda yerləşən ailə qəbiristanlığında atasının yanında sakit şəkildə dəfn olunduğu öyrənilib.


Telegram kanalımız
Seçilən
76
3
yenisabah.az

4Mənbələr