AZ

SKANDAL: ABŞ-də müsəlmanlara qarşı təxribat - Quranı yandırdılar

ABŞ-ın Dearborn şəhərində baş verən anti-İslam təxribatı geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, ifrat sağçı fəal Ceyk Lanq məscid yaxınlığında keçirilən aksiya zamanı Quranı yandırmağa cəhd edib.

Hadisənin qarşısı ərazidə olan insanların müdaxiləsi ilə alınıb.

ABŞ mətbuatında və sosial şəbəkələrdə yayılan görüntülərdə Ceyk Lanqın anti-İslam şüarları səsləndirilən aksiya zamanı Quranı yandırmağa çalışdığı əks olunub. 

ABŞ-da ərəb və müsəlman əhalisinin ən çox yaşadığı şəhərlərdən biri hesab edilən Dearbornda hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Polis qüvvələri mümkün qarşıdurmaların qarşısını almaq üçün ərazidə geniş təhlükəsizlik kordonu yaradıb.

Qeyd olunur ki, Ceyk Lanq daha əvvəl də anti-İslam ritorikası və ifrat sağçı fəaliyyəti ilə gündəmə gəlib. Hadisə sosial mediada geniş qınaq və etirazlara səbəb olub.

Musavat.com 

Seçilən
22
musavat.com

1Mənbələr