AZ

Mədəniyyət naziri ICESCO Baş Konfransının 15 ci sessiyasında iştirak edir

Azvision saytına istinadən ain.az xəbər verir.

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə sessiyada iştirak edir. Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, bir sıra ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər. Tədbirdə ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Sessiya çərçivəsində ICESCO-nun baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib. Qeyd edək ki, Baş Konfrans 15-ci çərçivəsində “Kazan – 2026: İslam Dünyasının Mədəniyyət Paytaxtı İli”nin açılış mərasimi də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
15
azvision.az

10Mənbələr